Beynəlxalq Əməkdaşlıq

Azerbaijan HR Institute və Wellbeing Academy Türkiye arasında tərəfdaşlıq

Azerbaijan HR Institute korporativ rifah sahəsində beynəlxalq təcrübəni ölkəmizə gətirmək məqsədilə Wellbeing Academy Türkiye ilə əməkdaşlıq qurmuşdur. Bu tərəfdaşlıq çərçivəsində ölkəmizdəki şirkətlər üçün işçi rifahı, sağlam iş mühiti və işçilərin motivasiya və performansını gücləndirməyə yönəlmiş xüsusi təlimlər təşkil olunur. Təlimlər beynəlxalq metodologiyalara əsaslanmaqla yanaşı, yerli biznes mühitinə uyğunlaşdırılır və şirkətlərin ehtiyaclarına əsaslanan həllər təqdim edir.

Təlimlərin keçirilməsinin əsas faydaları:

  • İşçi rifahının yüksəldilməsi - Stressin idarə olunması və emosional balansın qorunması işçi sağlamlığını gücləndirir.

  • Məhsuldarlıq və performansın artırılması - Fokuslanma, vaxt idarəçiliyi və iş keyfiyyəti yaxşılaşır.

  • İşçi bağlılığının gücləndirilməsi - Şirkətin rifaha sərmayə qoyması işçilərdə dəyər və etimad hissini artırır.

  • İşçi dövriyyəsinin azalması - Burnout və motivasiya itkisi halları azaldığı üçün işçi sabitliyi təmin olunur.

  • Müsbət korporativ mədəniyyətin formalaşması - Hörmət, əməkdaşlıq və şəffaflıq dəyərləri güclənir.

  • Yaradıcı düşüncə və innovasiyanın təşviqi - Rahat və balanslı mühit işçiləri yeni ideyalara açıq edir.

  • Şirkət reputasiyasının yüksəlməsi - Rifaha yönəlmiş yanaşma işə qəbulda üstünlük qazandırır.

 

Əlavə məlumat üçün info@hrinstitute.az elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlayın və biz ən qısa zamanda sorğunuzu cavablandıracağıq.