İşəgötürən brendinin gücləndirilməsi: LinkedIn – Azərbaycan

 

Rəqabətli əmək bazarında güclü işəgötürən brendinin formalaşdırılması peşəkar kadrların cəlbi və təşkilatın nüfuzunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. LinkedIn şirkətlərə korporativ dəyərlərini, iş mühitini və işəgötürən kimi üstünlüklərini nümayiş etdirmək, eləcə də potensial namizədlərlə daha effektiv əlaqə qurmaq imkanı yaradır.

Azərbaycan HR İnstitutu LinkedIn ilə tərəfdaşlıq çərçivəsində “Be the Employer of Choice: Employer Branding on LinkedIn – Azerbaijan” adlı vebinar təşkil edir.

Vebinar zamanı təşkilatların LinkedIn imkanlarından istifadə etməklə işəgötürən brendini necə gücləndirə, istedadların cəlbi prosesində rəqabət üstünlüyü qazana və əmək bazarında daha cəlbedici mövqeyə sahib ola biləcəyi müzakirə olunacaq.

Vebinarın əsas mövzuları:

 

  • 🔹 Peşəkar kadrların cəlbində işəgötürən brendinin əhəmiyyəti

    🔹 LinkedIn vasitəsilə işəgötürən brendinin gücləndirilməsi

    🔹 Cəlbedici işəgötürən imicinin formalaşdırılması üzrə effektiv yanaşmalar

    🔹 Təşkilatların əmək bazarında fərqlənməsinə və istedadları cəlb etməsinə kömək edən praktiki tövsiyələr

01