PROQRAMLAR

İnsan Resursları üzrə Mütəxəssis Təlim Proqramı

İnsan Resursları üzrə mütəxəssis təlim proqramı HR sahəsinə yeni addım atan iştirakçılara vacib nəzəri və praktiki biliklər qazandırmaq, onların HR sahəsinə keçidini dəstəkləmək və peşəkar fəaliyyətə hazırlamaq üçün nəzərdə tutulmuşdur.

Tədris dili: Azərbaycan dili

Tədris forması: Hibrid

Tədris müddəti: 2 ay – 24 saat (Həftədə 2 gün – 19:30-21:00)

Tədris materialları: Təqdimat və dərslərin video qeydiyyatı 

Sertifikat formatı: Dijital və kağız nüsxə

Modullar:

  • İşə qəbul və adaptasiya: Namizəd seçimi, müsahibə metodları, qiymətləndirmə və yeni işçilərin adaptasiya sisteminin qurulması;

  • Əmək qanunvericiliyi: Əmək müqavilələrinin bağlanması, məzuniyyətlər, ezamiyyət, iş rejimləri və xitam proseslərinin hüquqi əsasları;

  • Kadr inzibatçılığı: Kargüzarlıq işlərinin rəsmiləşdirilməsi və kadr dəyişikliklərinin idarə olunması;

  • ƏMAS sistemi: Əmək və Məşğulluq Alt Sistemində işə qəbul, ştat yaradılması, dəyişikliklər və xitam əməliyyatları;

  • İcbari Sığorta Bürosu (İSB): Sığorta müqavilələrinin və illik qoşma əlavələrin hazırlanması;

  • Təlim və inkişaf (L&D): Təlim ehtiyaclarının təyini, təşkilatçılıq və karyera inkişaf proqramlarının planlaşdırılması;

  • Sertifikatlaşdırma: Real keyslər üzərində praktika, sonda test imtahanı və nəticəyə uyğun rəqəmsal/kağız sertifikat.

  •  

Ətraflı məlumat və təlimə qoşulmaq üçün buradan müraciət edə bilərsiniz. 

Əlaqə məlumatları:

📞+994 51 588 31 99
📩 info@hrinstitute.az

Müraciət et