Azərbaycan HR İnstitutu insan resursları üzrə peşəkar öyrənmə və inkişaf qurumudur. Biz Azərbaycanda insan kapitalının inkişafı naminə insan resurslarının innovativ yanaşmalarını tətbiq etmək və iş yerlərində idarəetmə üzrə ən yaxşı təcrübələri təbliğ etmək üçün tədqiqat, tədris və beynəlxalq təmsilçiliyi uğurla həyata keçiririk.
Azərbaycan HR İnstitutu aşağıdakı xidmətləri təklif edir:
- HR sertifikatlaşdırma və təlim proqramları
- Liderlik və İdarəetmə proqramları
- HRCI sertifikasiya hazırlığı
- Təşkilati inkişaf və strateji insan resursları üzrə konsultasiya xidməti
- Mentorluq proqramları
- Öyrənmə idarəetmə sistemləri (LMS)
- HR və İdarəetmə üzrə beynəlxalq tədbirlərin təşkili
Azərbaycan HR İnstitutunun təqdim etdiyi tədris proqramları insan resursları sahəsinin beynəlxalq standartlarına, bacarıqlarına və davranışlarına tam uyğundur. Dünyanın insan resursları üzrə ən nüfuzlu təşkilatları HRCI (HR Certification İnstitute) və SHRM (Society for Human Resources Management) tərəfindən tədris proqramlarımıza resertifikasiya kreditləri (PDCs) təqdim olunur.
Bizim Missiyamız insan resursları üzrə ən müasir yanaşmaları tətbiq etməklə insan kapitalını və iş yerlərini inkişaf etdirməkdir.
Bizim Vizyonumuz daha yaxşı gələcək naminə hər kəs üçün dəyər yaratmaqdır.
Biz məsuliyyət, peşəkarlıq və nəticəyönümlü fəaliyyətimizlə fərqlənirik.
Azərbaycan HR İnstitutu insan resursları üzrə ən etibarlı tərəfdaşınızdır!
Çıxış etdiyim konfranslar arasında şübhəsiz ki, "GLOBAL HR SUMMIT 2023" planlaşdırılma, təşkilatçılıq və idarəçilik baxımından ən yaxşısı idi! Azərbaycan HR İnstitutu mükəmməlliyini inanılmaz səviyyəyə qaldırmışdır.
David Lutes
Azərbaycan HR İnstitutu ilə əməkdaşlıq etməkdən məmnunuq, strateji insan resurslarının inkişafında həyata keçirdikləri layihələr tədqirəlayiqdir.
Kateryna Kovalevska
Azərbaycan HR İnstitutu’nun fəaliyyətini tam dəstəkləyir və gələcək işlərində davamlı uğurlar arzulayıram.
Even Bolstad
Azərbaycan HR İnstitutu təkcə Azərbaycanda deyil, həm də Cənubi Qafqazda insan kapitalının inkişafına xidmət edir.
Dave Ulrich