HR HƏLLƏR

İşə qəbul

İşəqəbul prosesi təşkilatın insan kapitalının qurulmasında ilk addımdır. Əsas məqsəd ən yaxşı namizədləri vaxtında və büdcəyə uyğun tapmaq və işə götürməkdir.Bu məqsədlə biz təşkilatların işçi ehtiyaclarını 3R (Right person, Right place, Right time) prinsipinə uyğun olaraq qarşılayırıq.

Xidmətə daxildir:

İşəqəbul ehtiyaclarının müəyyən edilməsi;

İşəqəbul planının hazırlanması;

Vəzifə təlimatının hazırlanması;

Namizəd bazasının formalaşdırılması;

Müsahibələrin təşkili;

Namizədlərin qiymətləndirilməsi və rəsmi şəkildə işə alınması.

 

Xidmətin təhvil verilmə müddəti: 2-4 həftə (Pozisiyadan asılı olaraq müddət arta və ya azala bilər)

 

Nəticə: İşəqəbul xərclərinin maksimum azaldılması və təşkilatın uyğun əməkdaşlarla təmin olunaraq qoyulmuş KPI hədəflərinə çatması

Müraciət et