İnsan kapitalının inkişafı təşkilatın iş gücünü əldə saxlamağın və iş performansını artırmağın əsas açarıdır. Bir İR peşəkarı olaraq, təşkilatınız üçün ən effektiv insan kapitalının inkişaf etdirilməsi strategiyasını necə qura bilərsiniz? Cavabına daha yaxından bu məqalədə tapa bilərsiniz.
İnsan Kapitalının inkişafı nədir?
İnsan Kapitalının İnkişafı termini bir təşkilatın işçilərinin bilik, bacarıq və davranışlarını və kompetensiyalarını inkişaf etdirmələrinə kömək etmək üçün tətbiq etdiyi bütün tətbiq planlarının məcmusunu ifadə edir. Bu planlar təşkilatın strateji hədəflərinə çatmasına yardım etməyə istiqamətlənmiş insan kapitalının inkişaf etdirilməsi strategiyasına söykənidr.
Adətən İR departamenti (və daha böyük ölçülü təşkilatlarda Təlim və İnkişaf departamenti) bir şirkətin insan kapitalının inkişaf etdirilməsi strategiyasından və bununla paralel davam etdirilən proseslərə cavabdehdir.
İnkişaf fəaliyyətləri iş rotasiyası və kouçinq fəaliyyətindən hədəflənən təlimlərə, mentorluq proqramlarına və bir çox fərqli yanaşmalara qədər dəyişə bilər. Bu məqalənin davamında müxtəlif insan kapitalının inkişafı istiqamətlənmiş HR strategiya nümunələri ilə tanış olacağıq.
İnsan Kapitalının İnkişafı niyə vacibdir?
Təşkilatınızın insan kapitalının inkişafına öncəlik verilməsində bir çox əsas səbəb vardır:
· Bilik və bacarıq boşluqlarını aradan qaldırmaq: PeopleCert tərəfindən 1000 şirkət üzərindən 2020-ci ildə aparılan bir araşdırmanın nəticələrinə əsasən, iş üçün müraciət edən hər 10 nəfərdən 6’sının işəgötürənlərin axtardığı bilik və bacarıqlara sahib olmadığı ortaya çıxdı. McKinsey’ə görə isə şirkətlərin 40 %-i giriş pozisiyalarda olan vəzifələr üçün belə lazımi bilik və bacarıqlara sahib namizədləri tapa bilmirlər.
Həll yolu olaraq təşkilatınızın xaricində şirkətinizə uyğun namizədlər axtarmaq əvəzinə təşkilatınızın daxilinə diqqət yetirin. Bilik və bacarıq boşluqları üzrə analiz aparın və əməkdaşlarınızın inkişafına yatırım edin.
· Gələcəyə yönəlik iş hazırlığı: Yeni texnogiyaların və yeni iş modellərinin ortaya çıxması ilə işçiləriniz inkişaf edən bir iş mühitində inkişaf etmələrinə şərait yaradacaq bacarıqlara sahib olmaladırlar.
· Təşkilati imkanların genişləndirilməsi: İşçilərinizə təşkilatınıza rəqabət üstünlüyü gətirəcək bacarıqlar, davranışlar və səriştələr qazanmaq imkanını təklif edin.
· İşçilərin saxlanılması və işçi bağlılığı: İşçilərinin inkişafına yatırım edən təşkilatlarda işçilərin şirkətdə daha uzun müddət qalması ehtimalı daha yüksəkdir. Həmçinin şirkətə daha bağlı və şirkətdəki yeni vakansiyalarla maraqlıdırlar. Better Buys tərəfindən yaxın tarixdə keçirilən anketin nəticələrinə görə, professional inkişaf fürsətlərinə sahib təşkilatlar 34 % daha çox işçiləri əldə saxlama göstəricilərinə və 15 %-dən daha artıq işçi bağlılıqlarına sahibdirlər.
· Biznes performansını idarə etmək: Bacarıqlı, səriştəli və bilikli işçilər təşkilatınızın biznes məqsədlərinə çatmasına kömək edir. Deloitte-in statistikası göstərdi ki, liderlər tərəfindən işçilərin inkişaf etdirilməsi və işçilərin ən yaxşı vəzifələrinə hazırlanması üçün mükafatlandırıldığı güclü öyrənmə mədəniyyətinə malik təşkilatlar 52 % daha məhsuldar, 56 % təklif etdiyi məhsul və xidmətləri ilə ilk bazara çıxma ehtimalı olur və 17% rəqiblərindən daha çox gəlir qazanır.
· Daha yaxşı müştəri xidməti: Şirkəttə daha uzun müddət qalan bağlılığı yüksək olan və məhsuldar işçilərə sahib təşkilatlarda nəticə etibarı ilə müştəri xidmətləri də inkişaf etmiş olur.
· İstedadları cəlb etmək və işəgötürən markasını gücləndirmək: İş axtaranlar inkişaflarına sərmayə qoyacaq işəgötürənlərə üstünlük verirlər. İşçilərin 68%-i təlim və inkişafı təşkilatın ən vacib siyasəti hesab edir. İnsan Resursları üzrə inkişaf strategiyanızı potensial namizədlərə nümayiş etdirmək, işəgötürən brendinizin yüksəlməsinə kömək edəcəkdir.
İnsan Kapitalının İnkişafı Nümunələri
1. Öyrənmə mədəniyyətinin yetişdirilməsi
CIPD-yə görə, öyrənmə mədəniyyəti öyrənməni fərdi, komanda və təşkilati səviyyələrə daxil edən mədəniyyətdir. Güclü öyrənmə mədəniyyəti olan şirkətlərdə işçilər adətən inkişaf zehniyyətinə malik olurlar.
New York Life Insurance Co. insanların inkişafına xüsusi diqqət yetirən təşkilatın gözəl nümunəsini təqdim edir. Şirkət öyrənməni davamlı və təşkilata xas hala gətirərək, hər bir anı və əlaqəni dəyərləndirərək öyrənməni fürsətə çevirməyə çalışır.
2. İş rotasiyası
İş rotasiyası işçilərin bir təşkilatdakı iş yerləri arasında yerdəyişməsi təcrübəsidir. Rotasiyalar adətən eyni səviyyəli işlərdə baş verir (və buna görə də yüksəliş hesab edilmir). Onlar da müvəqqəti olurlar, yəni insanlar müəyyən vaxtdan sonra öz əsas vəzifəsinə geri qayıdırlar.
İş rotasiyası xüsusi bacarıqları, bilikləri və səriştələri bir işçidən digərinə ötürmək üçün ən effektiv yoldur. Məsələn, menecer daha yüksək səviyyəli liderlik rolunu üzərinə götürməzdən əvvəl təşkilat daxilində müxtəlif şöbələrdəki təcrübələrdən faydalana bilər. Eynilə, bir komandadakı marketinq meneceri əlavə bacarıqlar əldə etmək üçün başqa bir marketinq komandasında işləməkdən faydalana bilər.
3. Kouçinq fəaliyyəti
Kouçinq fəaliyyəti iki və ya daha çox həmkarın mövcud təcrübələr üzərində düşünmək, bölüşmək, təkmilləşdirmək və yeni bacarıqlar yaratmaq üçün birlikdə işlədiyi gizli prosesdir; fikir mübadiləsi; bir-birinə öyrətmək, qrupda araşdırma aparmaq və ya iş yerindəki problemləri həll etmək (Robins, 1991).
İş rotasiyası və kouçinqin birləşməsi xüsusilə şirkətə yeni qoşulmuş işçilər üçün əvəzolunmaz inkişaf imkanları təmin edə bilər.
4. Hədəflənmiş təlim və bilik inşası
Məqsədli təlim təşkilatdakı xüsusi bacarıq boşluqlarını doldurmaq üçün formal və qeyri-formal öyrənmə metodlarından istifadə edir. Bu, həm yeni, həm də mövcud işçilərin öz vəzifələrini yerinə yetirmək üçün tam hazır olmasını və dəstəklənməsini təmin etmək üçün effektiv bir yol ola bilər.
Bacarıqların artırılması, təşkilatın öz işçilərinə, strateji məqsədlərinə nail olmaq və rəqabət üstünlüyü əldə etmək üçün lazım olan bacarıqları əldə etməsinə kömək etməsi prosesidir.
Bu, işçilərə xüsusi bacarıqları təkmilləşdirməyə kömək etmək məqsədi daşıyan bacarıq inkişaf etdirmə fəaliyyətlərinin tətbiqi ilə həyata keçirilir. Gündəlik dilemma ssenarilərini, müştəri personalarının hekayələrini, problemi həll edən ciddi oyunları və ünsiyyət bacarıqlarının simulyasiyalarını nəzərdən keçirə bilərsiniz.
5. İş kölgələmə
İşə kölgələmə, maraqlanan işçilərə müəyyən bir vəzifədə başqa bir işçinin tapşırıqlarını yaxından izləməyə, müşahidə etməyə və bəzən yerinə yetirməyə imkan verən iş yerində öyrənmə formasıdır.
İş kölgələmə işçinin yeni bacarıq əldə etməsi və ya potensial olaraq yeni karyera yolu keçməsi üçün ən təsirli yollardan biridir.
6. Öz-özünə öyrənmə
Öz-özünə öyrənmə bir neçə fərqli şeyi əhatə edə bilər. Məsələn, Azerbaijan HR Institute-da təklif olunan sertifikat proqramları və kursları HR mütəxəssisləri üçün müstəqil öyrənməni təmin edir. Öz-özünə öyrənmə tələbəyə kurs materialları ilə istənilən yerdə və zamanda qarşılıqlı əlaqə yaratmağa imkan verir.
7. Mentorluq proqramları
Ümumiyyətlə iki növ mentorluq proqramları var: uzunmüddətli və ya qısamüddətli mentorluq proqramları. Uzunmüddətli mentorluq proqramının nümunəsi həmkarların mentorluğu, mikro mentorluq isə qısamüddətli mentorluğun nümunəsidir.
Mikro mentorluq qısa müddətə malik olan və adətən bir neçə saat və ya bir neçə gün ərzində baş verən nisbətən yeni, innovativ iş yerində mentorluq formasıdır. Həm mentorlardan, həm də mentelərdən yalnız kiçik bir vaxt öhdəliyi tələb edilir və yalnız müəyyən bir mövzu, bacarıq və ya layihəyə diqqət yetirilir.
Bu qısamüddətli mentorluq forması təşkilatınızda mövcud olan digər mentorluq proqramları ilə uyğunlaşdırıla bilər. Bu, sadəcə olaraq işçilər üçün əlavə və rahat öyrənmə və inkişaf imkanı yaradır.
Uğurlu insan kapitalının inkişafı strategiyası işçilərinizə bilik, bacarıq, davranış və səriştələr inkişaf etdirməyə kömək edir ki, bu da öz növbəsində təşkilata daha yaxşı fəaliyyət göstərməyə və biznesi inkişaf etdirməyə imkan verəcək. Hərtərəfli strategiya müxtəlif öyrənmə ehtiyaclarına cavab verən və müəyyən bilik, bacarıq, davranış və ya səriştənin mümkün olan ən effektiv şəkildə inkişaf etdirilməsinə kömək edən çoxsaylı insan kapitalın inkişaf metodlarından ibarətdir.
Tərtib etdi: Kamran Məmmədzadə
Azərbaycan HR İnstitutu, Layihə rəhbəri