Məzunların təltifolunma tədbiri

 

Tədbir Haqqında

Azərbaycan HR İnstitutu tərəfindən 20.05.2022-ci il tarixində ölkəmizdə ilk dəfə İnsan resursları üzrə beynəlxalq tanınması olan peşəkar tədris proqramlarının təltifolunma mərasimi keçirildi.

1. Beynəlxalq tanınması olan insan resursları üzrə "Milli Sertifikasiya" proqramının başlanğıc səviyyəsi- HR Beginner Sertifikasiya Programı (HRBP).

2. Beynəlxalq tanınması olan Azərbaycan HR İnstitutu və Handex MMC-nin birgə əməkdaşlığı ilə həyata keçirilən İnsan resursları üzrə metriklər və hesabatlılıq - HR Metrics & Dasboarding proqramı (HRMD).

3. Ölkəmizdə Əmək qanunvericiliyi üzrə ekspert hörmətli Əbülfət Məhərrəmov tərəfindən keçirilən Əmək Qanunvericiliyi və Kadr Kargüzarlığı proqramı (ƏQKK).

 

 

Tədbirin konsepti

Tədbirin "Beynəlxalq İnsan Resursları günü" tarixində keçirilməsi, Avropa İnsan Resursları Assosiasiyasının Prezidenti cənab Even Bolstadın tədbirə canlı bağlantı ilə qoşulması, 50-dən artıq korporativ şirkət, bank, dövlət qurumlarını təmsil edən insan resursları üzrə mütəxəssis və rəhbər şəxslərin tədris proqramlarımızda iştirak etməsi öz işimizə məsuliyyət və peşəkarlıqla yanaşmağımızın göstəricisidir.