Baku International HR Forum

Forum Haqqında

«Baku International HR Forum» (BIHRF), insan resursları sahəsinin təsir gücünə malikən peşəkar nümayəndələrini bir araya gətirərək, İnsan Resursları sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən bir qlobal Forumdur. Tədbirin təşkilatçısı Azərbaycan İnsan Resursları İnstitutudur.

«Baku International HR Forumu» (BIHRF) dünyanın nüfuzlu təşkilatlarının liderlərinin, İR sahəsində ən tanınmış rəhbər şəxslərin, dövlət rəsmilərinin, iş adamları və sahibkarların, İnsan resursları peşəkarlarının iştirakı ilə 28.01.2022-ci il tarixində Baku Boulevard Hotelində keçiriləcəkdir. Forumun iştirakçı sayı mövcud pandemiya qaydalarına əsasən, 280 nəfər nəzərdə tutulmuşdur.

Forumun konsepti

Azərbacan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan "Milli prioritetlər"dən biri olan RƏQABƏTLİ İNSAN KAPİTALI VƏ MÜASİR İNNOVASİYALAR vurğu etməklə insan kapitalının inkişafı, müasir tələblərə uyğun kadr potensialının formalaşdırılması, eyni zamanda müasir texnologiya inkişafının gətirdiyi və gələcəkdə gətirməsi gözlənilən yeniliklər işığında İnsan kapitalının inkişafı və gələcək innovasiyalar konseptini özünə şüar olaraq seçmişdir.