DMA-nin İdarə heyətinin sədri Mustafa Abbasbəyli ilə görüş

Tədbir Haqqında

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəylinin Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynovla görüşü keçirilmişdir.

Görüşdə ölkəmizdə kadr siyasətinin formalaşdırılması, insan resursları üzrə peşəkar kadr hazırlığı, Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) və digər istiqamətlər üzrə faydalı fikir mübadiləsi və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir. Dövlət Məşğulluq Agentliyinin rəhbərliyinə səmimi görüş və davamlı əməkdaşlıq dəstəyinə görə təşəkkür edirik!

Məlumat üçün bildirmək istəyirik ki, Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən dövlət qurumudur.

Qalereya