Global CEO Summit 2026

Azərbaycan HR İnstitutu və CEO Club Azərbaycanın birgə təşkilatçılığı, dünyanın ən peşəkar biznes platforması LinkedIn-in əsas tərəfdaşlığı, Smart Solutions Group-un sponsorluğu ilə 25 Fevral tarixində Bakıda yerli və qlobal şirkətlərin baş icraçı direktorları, dövlət nümayəndələri, iş adamları və sahibkarların iştirakı ilə “Global CEO Summit 2026” tədbiri keçirilib.

Sammit yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorlarını, C-level rəhbərləri, dövlət qurumlarının nümayəndələrini və sahibkarları bir araya gətirib. Tədbir dəyişən geosiyasi reallıqlar, süni intellektin sürətli inkişafı, iqlim çağırışları və transformasiya olunan əmək bazarı fonunda liderliyin yeni modelini müzakirə edən strateji platforma kimi çıxış edib.

25 fevral 2026-cı il tarixində ölkəmizdə keçirilən “Global CEO Summit” tədbirində təşkilat komitəsinin rəhbəri Emil Hüseynovun təşəbbüsü, aparıcı yerli və beynəlxalq CEO-ların iştirakı ilə 25 Fevral tarixi “Beynəlxalq CEO Günü” ilk dəfə qeyd olunub. Bu əlamətdar günün əsas məqsədi biznes dünyasının aparıcı fiqurları olan CEO-ların (baş icraçı direktorların) təşkilatdakı əhəmiyyətli rolunu vurğulamaq, onların innovativ idarəetmə bacarıqlarını və iqtisadi inkişafa verdikləri töhfələri qeyd etməkdir.

Daha ətraflı hrnews.az-da.