International HR Summit 2025

“International HR Summit 2025” Azərbaycan HR İnstitutu tərəfindən təşkil olunaraq 20 may 2025-ci ildə, Beynəlxalq HR Günündə Bakıda keçirilib. Meditopia-nın baş sponsorluğu ilə baş tutan tədbir Avropa İnsan Resurslarının İdarə Edilməsi Assosiasiyasının (EAPM) rəhbər şəxslərini, Maldiv adaları, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın HR assosiasiyalarının nümayəndələrini, eləcə də yerli və beynəlxalq şirkətlərin CHRO-larını və HR mütəxəssislərini bir araya gətirib.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, “International HR Summit 2025” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin üçüncü prioriteti – “Rəqabətli insan kapitalı və müasir innovasiyalar” istiqaməti ilə uzlaşır.

Sammit çərçivəsində insan resurslarının idarə edilməsində qlobal innovasiyalar, texnoloji yeniliklər və müasir HR təcrübələri müzakirə olunub, peşəkarlar arasında fikir və təcrübə mübadiləsi aparılıb.

“International HR Summit 2025”-in ən mühüm nəticələrindən biri Beynəlxalq HR Günü – 20 may tarixində Bakıda “Türk Dövlətləri HR Alyansı”nın (“Union of Turkic States HR Alliance”) təsis edilməsi olub.

Sammit yerli və beynəlxalq təşkilatların CHRO-larını, qlobal HR assosiasiyalarının rəhbərlərini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək insan kapitalının idarə edilməsinin inkişaf perspektivlərini müzakirə etmək üçün mühüm imkan yaradıb.

Tədbirdə qlobal HR trendləri, rəqəmsal HR və süni intellekt, HR-də liderlik, öyrənmə və inkişafın gələcəyi kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar beynəlxalq təcrübələri və yeni yanaşmaları öyrənərək HR sahəsində tətbiq oluna biləcək müasir praktikalarla tanış olublar.

Ətraflı məlumatı HRnews.az saytından əldə edə bilərsiniz.