Azərbaycan HR İnstitutu tərəfindən Azerbaijan HR Community-nin ən fəal üzvləri üçün tam ödənişsiz olmaqla "HR Data Analytics" sertifikasiya proqramı həyata keçirildi. 4 ay ərzində davam edən layihədə başda dəyərli təlimçilərimiz olmaqla əməyi olan hər kəsə təşəkkür edirik!
"HR Data Analytics" sertifikasiya proqramını uğurla bitirən məzunlarımıza ilk dəfə HRCI (HR Certification Institute) və SHRM (Society for Human Resource Management) təşkilatları tərəfindən ən yüksək 32 (HR General) və 42 (SHRM) resertifikasiya kreditləri təqdim olundu
İsti yay aylarında dincəlmək əvəzinə bizimlə heç də asan olmayan öyrənmə səyahətinə qoşulan bütün iştirakçıları təbrik edir və inanırıq ki, HR Data Analitika sahəsi üzrə öyrəndiyiniz yeni biliklər ilə karyeranızda möhtəşəm nəticələr əldə edəcəksiniz