Tədbir haqqında
Azərbaycan HR İnstitutu ölkəmizdə insan kapitalının inkişafı, gənc nəslin praktiki bilik və bacarıqlarının artırılması istiqamətində növbəti layihədə uğurla təmsil olunmuşdur. Belə ki, 18-27 aprel 2022-ci il tarixlərində “ADA” Universitetində təşkil olunan “Məşğulluq həftəsində” (Employability Week) Azərbaycan HR İnstitutu tərəfdaş qismində çıxış edib.
Azərbaycan HR İnstitutu tərəfindən ADA “Məşğulluq həftəsi” çərçivəsində aşağıdakı fəaliyyət istiqamətləri üzrə silsilə təlim və seminarlar keçirilmişdir:
-
Emosional zəka və onun rolu;
-
Sahə (sənaye) anlayışları;
-
Müsahibə bacarıqlarının təkmilləşdirilməsi;
-
Müvəffəqiyyət üçün bacarıqların artırılması və iş etikası;
-
Sahibkarlıq və innovasiya;
-
Şəxsi brendinq və rəqəmsal şəbəkə.