Anlaşma Memorandumu

Tədbir Haqqında

 

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan HR İnstitutu (AHRİ) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Turizm və Menecment Universiteti tərəfdən Tədris işləri üzrə prorektor, professor Zaur Bağırov və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov imzaladı.

Memorandumun məqsədi tərəflərin ixtisaslı kadr hazırlığı, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıqdır.

Sənəddə tələbələrin bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının qarşılanması istiqamətində birgə fəaliyyət göstərmək, tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris plan və proqramlarını (kurikulumları) sənayenin ehtiyaclarına uyğun birgə hazırlamaq, dövlət-özəl əməkdaşlığı çərçivəsində birgə istehsalat və təlimlərin təşkil edilməsi və tələbələrdə sahibkarlıq bacarıqlarının aşılanmasını təşviq etmək, tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təhsilalanların   işəgötürənin bazasında istehsalat təlimi və təcrübəsinin keçmələrinə şərait yaratmaq, turizm və menecment sahələri üzrə işəgötürənlərlə əlaqələrin gücləndirilməsi, tələbələrin yumşaq bacarıqlara yiyələnməsinin həvəsləndirilməsi üzrə birgə proqramlar təşkil etmək əsas fəaliyyət istiqamətləri kimi əks olunub.

Qalereya