Azərbaycanda ilk dəfə “World HR Summit 2024” tədbiri keçirilib
Azərbaycan HR İnstitutunun təşkilatçılığı, NEQSOL Holding-in baş sponsorluğu, Azersun Holding, Passgage, Enocta, BP, Mega Life, Senswise, Provide Solutions şirkətinin sponsorluğu ilə 28 Fevral tarixində Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, insan resursları peşəkarları, dövlət qurumlarının rəsmiləri və sahibkarların iştirakı ilə “World HR Summit 2024” tədbiri keçirilib.
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, “World HR Summit 2024” tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetini əsas alaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir. Dünyanın 160-dan çox ölkəsindən 15.000-dən çox şirkət və 5000-dən çox üzvün olduğu ən böyük korporativ davamlılıq şəbəkəsi olan "BMT-nin Qlobal Sazişi" tədbirin əsas tərəfdaşıdır.