HR Summer Fest 2026

☀️ HR Summer Fest 2026: HR-ların sərhədləri aşan isti yay görüşü baş tutdu!

Azərbaycan HR İnstitutunun təşkilatçılığı və Maldives Association for Human Resources Professionals (MAHRP)-in əsas tərəfdaşlığı ilə 22 avqust tarixində “HR Summer Fest 2026” tədbiri keçirilib.

Ramada by Wyndham Baku hotelində baş tutan tədbir Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən olan HR və biznes peşəkarlarını bir araya gətirib. Tədbirin əsas məqsədi HR icması daxilində peşəkar əlaqələrin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın təşviqi və iştirakçılar üçün fərqli networking imkanlarının yaradılması olub.

Tədbirin açılışında Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov, MAHRP-in prezidenti Ahmed Ibrahim və vitse-prezidenti Afeef Hussain iştirak ediblər. Çıxışlar zamanı HR sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müxtəlif ölkələrin peşəkarları arasında təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Peşəkar məzmun, networking və əyləncə bir arada!

“HR Summer Fest 2026” iştirakçılara sıx əməkdaşlıqla yanaşı, həm də peşəkar inkişaf və sosial ünsiyyət üçün müxtəlif imkanlar təqdim edib. Tədbir çərçivəsində xüsusi sessiyalar, interaktiv fəaliyyətlər, əyləncə proqramları və iştirakçılar üçün müxtəlif sürprizlər təşkil olunub.

Proqramın peşəkar hissəsində Türkiyədən iştirak edən Gülnur Göksel, Founder & CEO of Neosis Consulting, “HR Coaching – From What’s Wrong? to What’s Possible?” mövzusunda HR TED Talk təqdim edib.

Gecə isə musiqi proqramı və müxtəlif əyləncə formatları ilə davam edib. Tədbirin yekununda iştirakçılar üçün səmimi networking və yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu xüsusi atmosfer formalaşıb.

“HR Summer Fest 2026” Azərbaycan HR İnstitutunun beynəlxalq HR icmasının inkişafına və müxtəlif ölkələrin peşəkarları arasında əlaqələrin genişləndirilməsinə yönəlmiş təşəbbüslərindən biri kimi yadda qalıb.

Tədbirdən daha çox görüntü və ətraflı məlumat üçün HRnews.az saytında yayımlanan xəbərlə tanış ola bilərsiniz.