15.04.2022-ci il tarixində Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə Hilton Baku otelində özəl şirkət və dövlət qurumu nümayəndələrinin iştirakı ilə "Strateji Planlama və Menecment” Maskerklassı təşkil olunub.
Tədbirin Konsepti
Masterklass peşəkar idarəetmə təcrübəsinə malik, C-level rəhbər Ruslan Əliyevin təqdimatında tam praktiki olmaqla strateji planlama, strateji planlamanın prinsipləri, strateji planın effektiv icrası, menecment və onun əsas funksiyaları, menecmentdə innovasiyalar və dəyişikliklərin İdarə olunması, menecment və maliyyə göstəricilərinin təhlili, menecmentdə kritik qərar vermə bacarıqları mövzularını əhatə edib.